Lavrov Azərbaycanla Ermənistan arasında \"yeni razılaşmanı\" AÇIQLADI

Lavrov Azərbaycanla Ermənistan arasında \
Ötən ilin noyabrında Qarabağda hərbi əməliyyatların tam dayandırılmasına dair Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə edilmiş razılaşmanın başlıca nəticəsi münaqişə zonasında situasiyanın stabilləşməsidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

"2020-ci il noyabrın 9-dan keçən az qala bir ilin başlıca nəticəsi ondan ibarətdir ki, stabillik təmin olunub, qorunub saxlanılır və Rusiya sülhməramlı kontingenti buna imkan yaradır, hansısa zorakı hərəkətlər biz hazırda müşahidə etmirik. İlkin mərhələdə olan xırda insidentlər tezliklə həll olundu. Bir daha qeyd edirəm: indi orada situasiya stabildir, hərçənd, əlbəttə, problemlər də az deyil”,-Lavrov qeyd edib.

Rusiya xarici işlər naziri onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Bakı və Yerevanla "Dağlıq Qarabağ regionuna işçi səfərlərin bərpa edilməsinə dair” razılıq əldə ediblər.

"Sözün əsl mənasında bu günlərdə Rusiya, ABŞ və Fransadan olan üç həmsədr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdülər. Onlar, mənim başa düşdüyüm qədər, regiona Azərbaycan, Ermənistan nümayəndələri ilə yerində görüşmək üçün səfərlərini bərpa etməyi razılaşdırıblar, o cümlədən Stepanakertdə (Xankəndi,-red.) görüşlər planlaşdırılıb”, - Rusiya xarici işlər naziri əlavə edib.
 
(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...