Lavrov: \"ABŞ terrorçularla əməkdaşlıq edir\"

Lavrov: \
Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı müharibənin hələ başa çatmadığını və ölkədə terrorizmin mənbəyini aradan qaldırılacağını söyləyib. "Suriyadakı müharibə hələ ki başa çatmayıb və gərək bu ölkədə terrorizmin mənbəyi aradan aparılsın. İdlibin vəziyyəti narahatlıq doğurur. Çünki bu əyalətdə minlərlə terrorçu var. Bu mövzuda Türkiyə və Bəşər Əsəd hökuməti ilə sıx əməkdaşlıq edirik. "Ən-Nusra" terrorçuları yeni bir qruplaşma yaradıblar və yeni ad qoyublar. Beləliklə onlara hökumətlə danışıqlara hazır olan qruplar da daxil olmaqla silahlı qrupların qalan hissəsini özlərinə cəlb etmək istəyirlər" - deyə Segey Lavrov bildirib. 
 
 O qeyd edib ki, biz bununla məşğul olmaq məcburiyyətindəyik. "Bu yaxınlarda İdlib vilayətinin müəyyən ərazilərində Rusiya və Türkiyə ordusu birgə patrul əməliyyatları başladıb. İkinci məsələ isə Fərat çayının şərq sahilidir. Hal-hazırda ABŞ-la əməkdaşlıq edən kürdlərin əlində təxminən 1000 terrorçu var. Onların əksəriyyəti Qərbi Avropa vətəndaşıdır. Bu çox təəssüf verici haldır. Ölkələri artıq onları qəbul etmir və hətta vətəndaşlıqdan çıxarıb. Amerikalılar deyirlər ki, ölkələri onları qəbul etmədiyi təqdirdə azad etmək məcburiyyətindədirlər. Bu isə terrorla əməkdaşlıq deməkdir", - deyə Lavrov əlavə edib.

OXŞAR XƏBƏRLƏR