Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapılıb

Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapılıb

Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb. 

Sfera.az "Report”a istinadən xəbər verir ki, bu, Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur. 

Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur. 

Q.İbadullayev Latviyada dəfn olunub.


OXŞAR XƏBƏRLƏR