Kürdlər Bəşər Əsədlə Türkiyəyə qarşı birləşir

Kürdlər Bəşər Əsədlə Türkiyəyə qarşı birləşir
Suriyadakı vəziyyəti öz xeyirlərinə dəyişmək üçün  bölgədəki kürdlər yeni siyasi gedişə əl atıblarlar.
 
Sfera.az xəbər verir ki,  suriyalı kürdlər prezident Bəşər Əsədə Suriya Ərəb Respublikasının tərkibində muxtariyyət formalaşdırmaq təklif etməyə hazırlaşır.  "Bu birləşmə kürdlərin yeni siyasi ambizyalarından xəbər verir”. - bu barədə "The Times" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, "Demokratik ittifaqı" partiyası Rusiyaya müraciət edib ki, kürdlərlə Bəşər Əsəd hökuməti ilə arasında barışığın təminatçısı olsun. Kürdlər Türkiyə tərəfindən mümkün hücumlardan qorxurlar. Bu hücumların qarşısını isə onların Bəşər Əsəd hökuməti ilə koalisiyası ala bilər.


OXŞAR XƏBƏRLƏR