Körpə qidalarının gömrük rüsumları azaldıldı

Körpə qidalarının gömrük rüsumları azaldıldı
 Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən körpə uşaqlar üçün tərəvəzin, meyvənin, qoz-fındığın və bitkilərin digər hissələrindən emal edilmiş məhsulların idxal gömrük rüsumları ləğv ediləcək, yaxud azaldılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.
 
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən, hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz gömrük idxal rüsumu tətbiq olunur.
 
 Yanvarın 1-dən isə hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.
 
Hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər qrupundan uşaqlar üçün  homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb.

///Apa

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...