Krİmİnal

Kriminal aləmin məşhur siması Azərbaycanda - FOTO/VİDEO

Kriminal aləmin məşhur siması Azərbaycanda - FOTO/VİDEO
Vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur Tumaev Azərbaycana gəlib.

Sfera.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə "Masallı Mamed”in məzarlarını ziyarət edib.

O, səfər zamanı tək olmayıb. Bir neçə yaxını da Tumaevi müşayiət edib.

Bir vaxtlar çeçen əsilli kriminal avtoritet "Şeyx Xəmzət” ləqəbli "qanuni oğru” Xəmzət Qastəmirovun ətrafında olan, daha sonra isə ona qarşı çıxan "Timur Dikiy” cənuba – Lənkərana və Masallıya yollanıb.

Qeyd edək ki, bu il 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Canıyevin vəfatının ikinci ildönümüdür. Tumaevin səfərinin başlıca səbəbi də budur.



XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930