Kreml Putin və Ərdoğanın görüşündən danışdı

Kreml Putin və Ərdoğanın görüşündən danışdı

 

 

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Sankt-Peterburqda görüşü baş tutacaq.

Sfera.az bu barədə İTAR TASS-a istinadən xəbər verir. 

İki ölkə liderinin görüşü Rusiya-Türkiyə münasibətlərinin bərpası üçün həlledici impuls olacağı gözlənilir. Münasibətlərdə böhran 2015-ci ilin noyabr ayında Türkiyə HHQ məxsus qırıcının Suriya ərazisində terror əleyhinə əməliyyatda iştirak edən Rusiyanın "Su-24” təyyarəsini vurması səbəb olmuşdu. 

"Münasibətlərimizin bərpası üçün hansı tempin və ardıcıllığın təyin ediləcəyinə dair ciddi fikir mübadiləsi gözlənilir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peterburq görüşü ərəfəsində söyləyib. 

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana səfər öncəsi verdiyi müsahibəsində Ərdoğan sammitin əhəmiyyətini vurğulayıb. 

"Bu tarixi səfər, yeni başlanğıc olacaq. Dostum Vladimir ilə danışıqlarda ikitərəfli münasibətlərdə yeni səhifənin açılacağından əminəm. Ölkələrimiz birgə çox işlər görməlidir”, - o deyib. 

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...