\"Kralın Rusiyaya ilk tarixi səfəri...\" - Ekspert ŞƏRHİ

\

"Səudiyyə Ərəbistanı ilə Rusiya bir-birinə düşəmən olmasa da beynəlxalq aləmdə fərqli qütblərdədirlər. Ər-Riyadın müttəfiqi ABŞ-dır. Ona görə də krallıq daha çox ABŞ-la eyni mövqedən çıxış edir. Rusiya ilə krallığın əlaqəsi isə son illər Moskvanın Yaxn Şərqdə apardığı siyasət üzündən soyuq idi”.

 

 

Bu sözləriSfera.az-a dünən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Moskvaya gəlməsini şərh edərkən siyasi şərhçi Sədrəddin Soltan deyib.

 


 

S.Soltanın fikrincə, Rusiyanın bölgədəki ən yaxın və etibarlı müttəfiqi sayılan İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərdəki gərginlik də Moskva – Ər-Riyad münasibətlərinə təsirsiz ötüşməyib:

 

"Bütün bu gərginliklər fonunda kral Salmanın Rusiyaya səfəri Səudiyyə Ərəbistanı üçün uğurlu sayıla bilər. Suriya və İraqda baş verənlər, habelə bu dövlətlərdəki sepratçılıq hallarından heç şübhəsiz Səudiyyə Ərəbistanı da narahatdır. Çünki İraq və Suriyanı parçalayan oxşar amillər krallıqda da mövcuddur. İraq və Suriyanın parçalanmasında başlıca rolu ABŞ-ın oynadığı da sirr deyil. Ehtimal etmək olar ki, Səudiyyə krallığı müttəfiqi ABŞ-a o dərəcədə də etibar etmir. Perspektivdə müdəfiə olunmaq üçün Rusiyadan alternativ olaraq yararlanmaq niyyətindədir”.

 

Ekspert qeyd edib ki, bu il ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb:

 

"Rusiya ilə krallıq arasında oxşar müqavilənin imzalanması istiqamətində müzakirələr gedir. Ancaq həmin müqavilə 3 milyard dollarlıqdır. Xatırladım ki, Ümumilikdə Rusiya prezidenti Vladimir Putinlə kral 14 sənəd imzalayıb. Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlıq və araşdırmaya dair razılığa gəlib. Bundan başqa, krallığın Hərbi-Sənaye Kompleksi ilə "Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan razılaşma da imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına "Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı üçün lisenziya da verəcək. Beləliklə, bu iki dövlət arasında münasibətlərin normallaşamsı perspektivində Rusiyanın Yaxın Şərqdə möhkəmlənməsi üçün bazanın hazırlanması kimi də qiymətləndirmək olar”.


Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Moskvaya gəlib. O, oktyabrın 7-nə qədər Moskvada olacaq.

 

Azad Əliyev

Sfera.az

 


 

 


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...