Köpəkbalığı ilə üzən, öküzlə məzələnən, ölümə meydan oxuyan insanlar - FOTOLAR

Köpəkbalığı ilə üzən, öküzlə məzələnən, ölümə meydan oxuyan insanlar - FOTOLAR

Dünyada minlərlə müxtəlif maraqları olan insan var. Adrenalin həvəskarları isə həmişə həyat üçün təhlükəli ola biləcək ekstremal hobbilər seçir.

 

Sfera.az ən ekstremal hobbi siyahısını təqdim edir.

 

1. Səma dayvinqi – Paraşütlə uçuş

Səma dayvinqi və ya paraşütlə tullanmaq adrenalin kütləsini təmin edən populyar idman növüdür. Müasir paraşütlərin çoxunda iki ehtiyat paraşüt (əgər birinci açılmasa) olmalıdır, amma bu idman növündə ölüm hallarına (150 000 uçuşdan 1-i ölüm)  indiyədək çox az rast gəlinib.  

 

2. Dərin dayvinq

Müəyyən kateqoriyadan asılı olaraq dayvinqin dərinliyi dəyişə bilər. Lakin ən dərin qat 30 metrdən aşağı sayılır. Belə dərinlik bəzi dayverlər üçün azot narkozu təhlükəsi yaradır. Bundan başqa, dəniz yırtıcılarının hücum riski həmişə var.

 

3. Beyscampinq

Paraşütlə tullanmaq və ya qanadlı kostyumla səmada uçmaq ən ekstremal idman növlərindən biridir. Bu idman növünün həvəskarları daha çox  binaların, aşırımlı körpü və yüksəkliklərə tullanırlar. Beyscampinq adi paraşüt idmanı ilə müqayisədə daha təhlükəlidir. Bundan əlavə, beyscampinq bir çox yerlərdə qadağan edilib.

 

4. Raftinq - dalğalarla mübarizə

Raftinq çox təhlükəli idman növü sayılsa da, dünyada getdikcə daha populyarlaşır. Zədə almaq riski qaçılmazdır.

 

5. Alpinizm

Dağa dırmaşan alpinistlər təhlükəsizlik tədbirlərinə əməl etsə də, bu idman növü hələ də çox təhlükəli məşğuliyyət olaraq qalır. Dağa dırmaşan zaman zədə almaq riskini minimuma endirmək üçün yürüş avadanlığın vəziyyəti yoxlamaq tövsiyə olunur. Həmçinin süxurlar, hava şəraiti ilə tanış olmaq və fiziki formanı adekvat qiymətləndirmək lazımdır.

 

6. Parkur - Böyük şəhərlərdə eksterim

Parkur əsasən böyük şəhərlərdə keçirilir. Bu ekstremal idman növündə idmançılar müxtəlif maneələr arasından durmadan irəliləyir. Zədələrin əksəriyyəti daha riskli fəndlərin yerinə yetirilməsi zamanı baş verir, hətta ölümlə nəticələnə bilər.

 

7. Buza dırmanma

Buza dırmanma - xüsusi ləvazimatların köməyi ilə buz yamaclarına dirmamaqdır. Adətən idmanın bu növünün həvəskarları dondurulmuş şəlalələr və qayalara dırmanır. Bu ekstremal idman növü alpinizmə bənzəyir, lakin o daha təhlükəlidir. Çünki buz  daha qeyri-sabit materialdır.

 

8. Mauntin-Baykinq

Dik yamac ilə üzü aşağı, dərə-təpə və dağlıq ərazilərdə velosiped sürmək ekstremal məşğuliyyətdir. Bu idman növündə sınıq riski yüksəkdir, lakin ölüm təhlükəsi yoxdur.

 

9. Klifdayvinq - Suya tullanma

Qeyri-təbii şəraitdə suya tullanma ən təhlükəli idman növüdür. Onlar icrası olduqca çətin və təhlükəli hesab olunur.

 

10. Speleogiya

Speleologiya mağara sistemlərinin öyrənilməsidir. Qeyd etmək lazımdır ki, mağaralarda çox təhlükəli yerlər, çoxlu risklər  (dağ süxurlarının uçması, su səviyyəsinin qalxması, hündürlükdən düşmək, həddindən artıq soyuma, daş düşməsi və s.) var. Bundan başqa, mağaradan kimisə  xilas etmək  çox çətindir və çox vaxt aparır.

 

11. Enserro

İspaniyanın qədim ənənələrinə əsasən bir qrup insan qəzəbli öküzdən qaçıb canını qurutmağa çalışır. Bu qəribə və olduqca təhlükəli əyləncə İspaniyada, Portuqaliya, Meksika və Fransanın cənubunda hələ də keçirilir. Hər il 100-dək adam xəsarət alır. Ölüm hallarına nisbətən az rast gəlinir.

 

12. Köpəkbalığı ilə üzmək

Ən ekstremal əyləncə növlərindən biri ilə okean yırtıcıları ilə üzməkdir. Bu zaman adətən qoruyucu qəfəsdən işlədirlər. Lakin ən cəsarətli üzgüçülər qoruyucusz üzməkdən qorxmur. 

 

13. Poker

Bütün dünyada on milyonlarla poker həvəskarı var. Onların əksəriyyəti üçün bu ehtiraslı kart oyunu sadəcə əyləncə  deyil, həm də, ola bilsin ki, pul qazanmaq üsuludur. Bu oyuna, çox mübtəla olan insanlar çox vaxt bütün  pullarını itiriblər.

 

14. İdman oyunlarına pul qoyuluşu

İdman oyunlarına pul qoyuluşu da son illərdə olduqca populyardır. Təəssüf ki, bu həvəs çox insanın həyatını alt-üst edib, bəziləri üçün əsl maniyanıdır.

 

Publika.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...