Kosmos yarışı sürətlənir: Bu milyarder Bezosdan öncə uçacaq

Kosmos yarışı sürətlənir: Bu milyarder Bezosdan öncə uçacaq
"Amazon” şirkətinin rəhbəri, milyarder Ceff Bezos qardaşı Mark Bezosla birlikdə iyulun 20-də sahib olduğu kosmik turizm şirkəti "Blue Origin”lə bir ilkə imza atacaqlarını açıqlamışdı. Belə ki, milyarder "Blue Origin”in kosmosa insan daşıyan ilk uçuşunda iştirak edəcəyini bildirmişdi. 
 
Sfera.az xəbər verir ki, bu açıqlamadan sonra milyarderlər arasında kosmosa birinci uçmaqla bağlı yarış başlayıb. 

Belə ki, ingiltərəli milyarder Riçard Branson da biznes məqsədli kosmik səyahətlər təşkil etmək üçün yaratdığı "Virgin Galactic”lə kosmosa uçacağı tarixi açıqlayıb. Branson amerikalı milyarder Bezosdan öncə, iyulun 11-də kosmosa uçuş edəcəyini bildirib.

"Virgin Galactic” şirkəti tərəfindən edilən açıqlamada qeyd olunub ki, Branson da daxil olmaqla 6 nəfərin iştirak edəcəyi uçuş şirkətin kosmosa dördüncü uçuşu olacaq.

Mövzuyla əlaqədar Tvitter hesabında paylaşım edən Branson, "Mən həmişə xəyalpərəst olmuşam. Anam mənə heç vaxt təslim olmamağı və ulduzlara çatmağı öyrətdi. 11 iyulda bu xəyalı gerçəkləşdirməyin zamanı gəldi", - deyə yazıb.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR