Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin insanların üçüncü dozanı vurdurmalı olduğunu qeyd edib.
 
Maraqlıdır, insanlar üçüncü dozanı vurdurmalı olduğunu necə öyrənir? Ümumiyyətlə, anticisimlərin yaranmaması hansı halda mümkündür?

Məsələ ətrafında Sfera.az-a danışan infeksionist İlham Bayramov vaksinin iki dozasından sonra immun sisteminin yaranmamasının əlavə xəstəliklərdən qaynaqlanmalı olduğunu bildirib:

"Peyvənddən sonra 5-10 faiz hallarda immun sistemi yaranmaya bilər. Bu da yanaşı xəstəliklərdən, ağır xəstəliklərdən irəli gəlir. Xroniki xəstələrdə də bu hal müşahidə edə bilər. Məsələn, elə insan olub ki, vaksinasiyanın birinci dozasından sonra bədəndə antitellərin sayı 50-ə qalxıb, ikinci dozadan sonra isə bu say 1.5-ə düşüb. Bu təbii olaraq bədəndə əlavə xəstəliyin olmasına işarədir. Ümumiyyətlə, vaksinasiya prosesindən sonra immunun yaranması da eynən xəstəliyin gedişatı kimidir. Yəni ikinci xəstəliyi olsan şəxslər koronavirusu ağır keçirdiyi kimi, vaksinasiya sonrası bu insanlarda immun yaranmır və əlavə vaksinə ehtiyac duyulur. Vaksinin üçüncü dozasını qəbul etdikdən sonra isə belə şəxslərdə də xəstəliyə qarşı müqavimət yaranır". 

İnfeksionist öz təcrübəsində hələ ki, peyvənd sonrası immun sistemi formalaşmayan adamın olmadığını da qeyd edib:

"Normalda belə bir təcrübəm yoxdur ki, kimsə vaksinin hər iki dozasını qəbul etsin və onda immun yaranmasın. Sağlam insanlarda vaksinasiya sonrası mütləq şəkildə koronavirusa qarşı immun sistemi yaranır. Xəstəliyə yoluxma göstəricilərində də gördüyünüz kimi ciddi azalmalar var. Lakin yenə də sadaladığım səbəblərdən dolayı bədəndə immun sistemi formalaşmazsa, 6 ay sonra şəxs üçüncü dozanı qəbul edə bilər". 

Qeyd edək ki, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 319-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 810 min 857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 462 nəfərdir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...