Dünya

Koronavirus İrandakı mənzərəni belə dəyişdi - FOTO

Koronavirus İrandakı mənzərəni belə dəyişdi - FOTO
 

İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytaxt Tehranda vətəndaşlar təşvişə düşüb.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə "Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi" yaradılıb.

Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930