Kompüter, planşet, smartfon... - Təhlükədə olan gözləri qorumaq üçün 7 QİDA və 7 ŞƏRT

Kompüter, planşet, smartfon... - Təhlükədə olan gözləri qorumaq üçün 7 QİDA və 7 ŞƏRT

Görmə qabiliyyətini vaxtsız itirməmək üçün hələ gənc yaşlarından gözlərin qayğısına diqqət yetirilməlidir. Xüsusilə müasir dövrümüzdə, istəyimizdən asılı olmayaraq həyatımıza daxil olan kompüterlər, planşetlər, smartfonlar kifayət qədər ciddi şəkildə gözlərimizi böyük təhlükə qarşısında qoyur. Bəs bu təhlükədən yan keçmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır?

Görmə qabiliyyətinin zəifləməməsi üçün ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir. Aşağıda göstərilən 7 qida görmə qabiliyyətini yaxşılaşdıran, gözləri qoruyan, görmə zəifliyinin qarşısını alan ərzaq məhsullarıdır:

1. Kök

2. Qaragilə

3. Balıq və balıq yağı

4. Qoz

5. İspanaq

6. Kəsmik

7. Kahı

Bu siyahıya yaşıl rəngli meyvələri, soğan və sarmısağı, yumurtanı da əlavə etmək olar.

Qida rasionunda dəyişiklik etməklə yanaşı gözləri qorumaq üçün 7 adi şərtə əməl etməklə görmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq olar:

1. Kompüterin monitoru ilə gözlərinizin arasında olan məsafənin 50-60 sm olmasını təmin edin.

2. Monitorun gözünüzün səviyyəsindən 8-10 sm aşağı olmasını diqqətdən yayındırmayın.

3. Planşetdən və smartfondan uzanılı vəziyyətdə istifadə etmək kimi zərərli vərdişdən imtina edin, kompüterdən istifadə zamanı isə belenizi əymədən dik oturmağa adət edin.

4. Qaranlıq otaqda kompüterdən, planşetdən və smartfondan istifadə etməyin. Bu gözlər üçün daha da ziyanlıdır. İşlədiyiniz otağın işıqlı olmasına diqqət yetirin.

5. Kompüterdən və ya planşetdən istifadə edərkən hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Bir neçə gün buna əməl etsəniz sonralar bu fasilələr sizin üçün faydalı vərdişə çevriləcək.

6. İstifadə etdiyiniz kompüteri, planşeti və smartfonu təmiz saxlayın. Ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün onları xüsusi salfetlərlə təmizləyin. Onların üzərində nə qədər mikrob və bakteriyaların olduğunu bilsəniz siz buna hökmən əməl edəcəksiniz.

7. Ən nəhayət, özünüzü “sevimli əşyalarınız”dan asılı vəziyyətə salmayın. Gəlin unutmayaq ki, həyat reallığı ilə daha gözəldir.

Gözlərinizi qoruyun ki, gözəllikləri kompüter monitorundan yox, gözlərinizlə duyasınız.  //modern.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...