Komada olan jurnalistin xanımı Prezidentə müraciət etdi

Komada olan jurnalistin xanımı Prezidentə müraciət etdi
İnsult keçirməsi səbəbindən komaya düşən və hazırda xəstəxanada huşsuz vəziyyətdə yatan jurnalist Natiq Qocamanın xanımı ölkə prezidenti İlham Əliyevə müraciət edib. Könül Aypara (Qocaman) həyat yoldaşının xaricdə müalicəsinə yardım etməsi üçün ölkə rəhbərindən dəstək istəyir.

O, Prezidentə xitabən yazır: "Bu gün Sizə müraciət etməyimə səbəb 8 gündür insult diaqnozu ilə komaya düşən həyat yoldaşım - 20 ildən artıqdır ki, mediada fəaliyyət göstərən jurnalist, "Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, "Mediapress.az” xəbər agentliyinin baş redaktoru, "Tərəqqi” medalı ilə təltif edilən, iki azyaşlı uşağın atası Natiq Qocamanın səhhətinin ağır olmasıdır. Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğunu deyirlər. Buna isə bizim maddi imkanımız yoxdur.

Cənab Prezident, Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm".

Qeyd edək ki, Könül Aypara xanım da 20 ildən çoxdur media fəaliyyəti göstərir.

OXŞAR XƏBƏRLƏR