Kişinin aşiq olub-olmadığını bürcü ələ verir

Kişinin aşiq olub-olmadığını bürcü ələ verir
"Onun mənə aşiq olub olmadığını necə anlaya bilərəm?” sualı qızları çox düşündürür. Bu mövzuda araşdırma aparan astroloqlar maraqlı nəticələr əldə ediblər. 

Dünyanın ən tanınmış astroloqlarının ortaq fikrinə görə, eşq hər bürcə fərqli təsir edir. Ona görə də kişinin davranışlarını və bürcünü nəzərə alaraq onun aşiq olub olmadığını anlamaq çox asandır. 

Sfera.az bürclərə görə aşiq olan kişilərin davranış qaydalarını təqdim edir: 

Qoç: sizə həddən artıq dəyər verdiyini düşünür və bəzən bu onu qorxudur. 

Buğa: aşiq olduqda həmin qadını itirməkdən qorxur. 

Əkizlər: hər gün görüşmək istəyir və həyatında baş verən hər şeyi detallarıyla bölüşür. 

Xərçəng: sizi görə bilməyəndə depressiyaya düşür, çox darıxır. 

Şir: yanınızda uşağa çevrilir. Zamanın necə keçdiyinin fərqində olmur. 

Qız: sizi düşünmək həm xoşuna gəlir, həm də bu zaman ürəyində qəribə ağrı hiss edir. Qrip olarkən şişən, qızaran burnunuzu belə şirin hesab edir. Bir sözlə, sizi hər halınızla bəyənir.

Tərəzi: necə davranmalı olduğunu bilmir. Görüşəndə o qədər həyəcanlanır ki, çayı və ya qəhvəni dağıdır. Kiçik qəzalara səbəb olur. 

Əqrəb: sizinlə sevişməyin tamamilə fərqli olduğunu düşünür. 

Oxatan: artıq macəra istəmədiyini tez-tez vurğulayır və evlənmək istəyir.
 
Oğlaq: özüylə bağlı bütün planların içərisinə sizi də daxil edirsə, deməli sevir.

Sutökən: Sizə xoş sözlər demək istəyir, ancaq o sözləri tapa bilmirsə, deməli aşiq olub. 

Balıq: Heç danışmasanız belə, sizinlə saatlarla oturub dənizi seyr etmək istəyirsə, şübhələnməyə əsasınız var.

Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR