Kişilər hansı yaşda böyüyür? - Gəyirir, kobud zarafatlar edir və gecə 2-də...

Kişilər hansı yaşda böyüyür? - Gəyirir, kobud zarafatlar edir və gecə 2-də...
Aparılan araşdırmalarda kişilərin ancaq 43 yaşında duyğusal yetkinliyə çatdıqları aşkar edilib.
Həmin araşdırmanın nəticələrinə görə, qadınlar isə 32 yaşlarında duyğusal yetkinləşirlər.

Araşdırmanı "Nickelodeon” televiziya kanalı aparıb.

Araşdırmada iştirak edən qadınların 80 faizi kişilərin heç vaxt olqunlaşmadığını və onların sürətlə maşın sürmək, gecə yarısından sonra yemək sifariş etmək kimi hərəkətlərinin uşaqlıq olduğunu bildiriblər.

Qadınların ¼-i isə kişilərlə münasibətdə "yetişkin” tərəfin özləri olduqlarını və veriləcək qərarları kişilərin yerinə də aldıqlarını deyiblər. Kişilərin ¼-i isə hələ də uşaq olduqlarını və bu hallarından çox məmnunluq duyduqlarını söyləyiblər.

Araşdırmanın nəticələrinə görə, kişilərin hələ də olqunlaşmadığını göstərən 30 özəllik bunlardır:

1 – Qaz çıxarmağa və gəyirməyə gülmək;

2 – Gecə saat 2-də yemək sifariş vermək;

3 – Kompüterdə oyun oynamaq;

4 – Sürətlə maşın sürmək və ya yanındakı maşınla yarışmağa çalışmaq;

5 – Bəzi ayıb olan sözləri eşidəndə gülmək;

6 – Maşında yüksək səslə mahnıya qulaq asmaq;

7 – Kobud zarafatlar etmək;

8 – Oynayarkən uşaqlarla rəqabətə girmək;

9 – Hansısa müzakirədə səssiz qalmaq, danışmaqdan imtina etmək;

10 – Sadə yeməkləri belə bişirə bilməmək;

11 – Kişi dostları ilə birlikdə olarkən eyni lətifələri danışıb gülmək;

12 – Özləri haqqında danışmamaq;

13 – Kitab oxumaqdan nifrət etmək;

14 – Dəlisov rəqs etmək;

15 – Paltarlarını anasına yudurtmaq;

16 – Anasına hələ də yemək hazırlatmaq;

17 – Gecə klublarına idman ayaqqabısıyla getmək;

18 – Skeytbord və ya dağ velosipedi almaq istəməsi;

19 -Tərəvəz yeməmək;

20 – Davamlı olaraq iş yerini dəyişdirmək;

21 – "Subaylığa vəda” şənliklərini həyəcanla gözləmək;

22 – Velosiped üzərində aktobatik hərəkətlər etməyə çalışmaq;

23 – Modifikasiya edilmiş avtomobil sürmək;

24 – Qadınların uğur qazanması ilə bağlı mövzularda hava atmaq;

25 – Pijama geyinmək, xüsusilə də üzərində cizgi film qəhrəmanlarının şəkli olan pijama;

26 – Qəribə sözlərlə qadınları ələ almağa (ələ keçirməyə) çalışmaq;

27 – Qaldıra biləcəkləri ağırlıqdan qürrələnmək;

28 – Yerə zibil atmaq;

29 – Geniş ətəkli şalvar geyinmək;

30 – Üzərində cizgi film qəhrəmanlarının şəkli olan yataq örtüklərindən istifadə etmək.TurpKimi.com

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...