Kişi nazir uşağına görə məzuniyyət götürür - Ölkə tarixində ilk

Kişi nazir uşağına görə məzuniyyət götürür - Ölkə tarixində ilk

Yaponiyanın Ətraf mühit naziri Koidzumi Sindziro dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürəcək.

Sfera.az TASS-a istinadən xəbər verir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra iki həftə məzuniyyət götürəcək. Məzuniyyətdə ikən o, əməkdaşları ilə elektron poçt və video zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcı Takiqava Kristellə evlidir. O, ölkə tarixində övladına baxmaq üçün məzuniyyət götürən ilk nazir olacaq.


OXŞAR XƏBƏRLƏR