Kişi həyat yoldaşını \"WhatsApp\"la boşadı
14:16 / 28.12.2018
2280
Texnalogiyanın inkişafı hər gün yeni qəribə xəbərlərin çoxalmasına səbəb olur.
Sfera.az xəbər verir ki, bu dəfə "WhatsApp" proqramı boşanmaya şahidlik edib.
Səudiyyə Ərəbistanında kişi xanımını "WhatsApp"la boşayıb. Qadın verdiyi açıqlama zamanı bildirib ki, o, ərinin uyğunsuz şəkillərinə etiraz etməsindən sonra əri tərəfindən boşanıb: "Ərim məni "WhatsApp" vasitəsilə 3 dəfə "Təlaq" yazaraq boşadı. Onun telefonunda uyğunsuz fotolar gördüm. Bu şəkilləri ona xaricdə yaşayan qohumu göndərirdi. Mən buna etiraz etdim. Bundan sonra ərim mənə xəbərdarlıq etmədən "WhatsApp"la 3 dəfə "Təlaq" deyərək boşadı".