Kənd Təsərrüfatı Nazirliyinə “soğan ittihamı”: Bacarmırlar…

Kənd Təsərrüfatı Nazirliyinə “soğan ittihamı”: Bacarmırlar…


"Belə vəziyyət ondan qaynaqlanır ki, aqrar sektorda hansı məhsulun nə qədər istehsal edilməsilə bağlı əlaqələndirmə yoxdur”

 

Sfera.az-a açıqlamasında bunu son günlər soğan və kartofun qiymətində baş verən qiymət artımı səbəblərini araşdırarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

 

 

"Son zamanlar bir sıra məhsullar üzrə daha çox, digərləri üzrə isə daha az məhsul istehsal olunması nəticədə onların qiymətinə də təsir göstərir. Məsələn, ötən il sarımsağın qiymətinin kəskin ucuzlaşmasını müşahidə etdik. Halbuki ondan əvvəlki ildə sarımsağın qiyməti kifayət qədər baha idi. Oxşar olaraq qarpızın qiyməti ötən il baha oldu, ondan əvvəlki ildə isə ucuz idi. Bu il isə soğanın qiymətində artımlar var. Belə vəziyyət ondan xəbər verir ki, aqrar sektorda hansı məhsulun nə qədər istehsal edilməsilə bağlı əlaqələndirmə yoxdur. Bu da bir sıra hallarda fermerlərin bəzi məhsulları daha çox istehsal etməsi və onun qiymətinin ucuzlaşmasına, digər məhsulları isə daha az istehsal etmələri və belədə onların qiymətinin bahalaşmasına gətirib çıxarır. O baxımdan da düşünürəm ki, soğanın bahalaşmasında əsas səbəb istehsal həcminin əlaqələndirilməməsilə bağlıdır. Nəticədə soğanla bağlı təklif azalıb, bazara az məhsul çıxarılıb, bu da qiymətin artımına rəvac verib. İran da soğan ixracına qadağa müəyyənləşdirib. Halbuki, Azərbaycan ucuz soğan və kartofu İrandan idxal edirdi. Bu da təbii ki, bazara psixoloji və iqtisadi təsir göstərib. O baxımdan əsas səbəb soğan istehsalının azalmasıdır ki, o da nəticə etibarı ilə qiymətlərə təsir göstərib”.


Bu fonda görünən odur ki, Kənd Təsərrüfatı Nazirliyinin də üzərində mühüm məsuliyyət düşür. Bunu V. Bayramov da təsdiqlədi: "Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, növbəti mövsümdə məhsullar üzrə balansın qorunub saxlanılmasına nail ola bilsin. Xüsusən də bu istiqamətdə fermerlər arasında təlimlərin gücləndirilməsinə ehtiyac var ki, mövsümü olaraq bir sıra aqrar məhsulların qiymətində kəskin artımların şahidi olmayaq”.


Qeyd edək ki, son günlər Azərbaycanda kartof, xüsusən də soğanın qiyməti xeyli bahalaşıb. Belə ki, soğanın qiymətində 30 faizə qədər artımlar var.

 

 

Elçin

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...