Kefiyyətsiz sular bazara necə ayaq açır?-Araşdırma

Kefiyyətsiz sular bazara necə ayaq açır?-Araşdırma
"Su həyatdır” deyirlər. Elə suzsuz həyat da yoxdur. Ancaq elə ölkələr var ki, ciddi su problemi mövcuddur. Təbiətinin gözəlliyi, su ehtiyyatının çox olmasına baxmayaraq bir çox ölkələrin böyük şəhərlərində, meqapolislərdə ciddi su problemi var. Qonşu Türkiyənin su ehtiyyatı çox olsada ən böyük şəhəri olan İstanbulu su ilə təmin etməkdə çətinlik çəkir. Problem ölkəmiz də mövcuddur.  Bu problemi elə faktlar da təsdiq edir. 
Azərbaycan ərazinin hər kvadratkilometrinə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatlarına görə Cənubi Qafqazda sonuncudur
Regionun ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, cəmi 10 faizi Azərbaycanın payına düşür. Müxtəlif bölgələrdə, xüsusən də Aran zonasında əhalinin içməli suya olan tələbatı əksər hallarda isə sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir.
 
Azərbaycanda şirin su ehtiyatının keyfiyyəti də narahatlıq doğurur. Xüsusən də kənd əhalisinin 46 faizdən çoxu fiziki-kimyəvi tərkibi bəlli olmayan quyu sularından istifadə etmək məcburiyyətindədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 29,6 faizi, şəhər əhalisinin 26,3 faizi, kənd əhalisinin isə 29,9 faizi içməli suyu şəxsi həyətlərdəki quyulardan götürür.
Su problemi böyük çəhərlərdə qeyd etdiyimiz kimi daha çox özünü biruzə verir. Bakı şəhərinin içməli su ilə təminatında yaranan problem öz həllini tapmaq üzrədir. Ancaq bu suya içməli su demək mümkündürsə...
 
Çünki su yeni qurğularla təmizlənmir. Bu da suyu tərkibindəki zərərli mikroelementlərin birbaşa istifadəçiyə ötürülməsi ilə nəticələnir. Şəhər əhalisi alternativ variant kimi su satan şirkətlərin məhsullarından istifadə edir. Amma su satan şirkətlərin çoxu daha çox qazanmaq üçün saxtakarlığa əl atır. 
 
Mərkəzləşdirilmiş su sistemindən kənarda istifadə olunan içməli suyun keyfiyyəti müntəzəm şəkildə yoxlanılırmı?
Lakin araşdırma zamanı ölkədə su satan onlarla şirkətin elementar sanitariya qaydalarına riayət etmədiyini ortaya çıxarır. 
 
Kefiyyətsiz su isə xəstəlik mənbəyidir. 
 
Dünyada yayılmasına və qlobal xəstəlik yükünə görə ikinci yeri tutan diareya (ishal) xəstəliyinin 90 faizi istehlak üçün təhlükəli olan su, qənaətbəxş olmayan sanitariya və aşağı səviyyəli gigiyenadan törənir. Hesablamalara görə, 15 yaşdan kiçik olan uşaqlarda diareya xəstəliyinə tutulma halları HİV/AİDS, vərəm və malyariya xəstəliklərinin cəmindən daha çoxdur. Bu xəstəlik 5 yaşına qədər olan uşaqlarda ölüm hallarının ikinci əsas səbəbi hesab olunur. 
 
Mütamadi olaraq "Azərsu” ASC-də bildirir ki, Bakı şəhərinə daxil olan içməli su mənbədən paylama şəbəkələrinədək bir neçə mərhələdə MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələbləri əsasında analiz olunur. Belə ki, yeraltı və yerüstü su mənbələrindən götürülən su əvvəlcə mənbənin özündə 2874-82 saylı QOST-un standartları əsasında emal olunur və kəmərlər vasitəsilə paytaxtın su təchizatı şəbəkəsinə daxil olur. Paytaxta daxil olan suyun keyfiyyət göstəriciləri həmçinin "Bakı Sukanal” İdarəsinin mərkəzi laboratoriyasında təkrar təyin olunur. Nəql olunma və anbarlarda saxlama zamanı suyun keyfiyyət dəyişikliyinə nəzarəti təmin etmək məqsədilə analizlər götürülür. Amma "Azərsu” ASC-nin dediyi bu analizlərin necə aparıldığı demir. Çünki standartlara uyğun su, heç də çirkli və bulanıq su deyil.
Elə qeyd etdiyimiz kimi, marketlərdə satılan suların kefiyyəti olduqca standartlardan aşağıdır.  Reklamlarda bölgələrdən gətirdiklərini iddia etdikləri suyun çoxu məhz Bakıda doldurulur. Ən əsası bu şirkətlər bu suları birbaşa "Azərsu” ASC-nin verdiyi sulardan dolduraraq satışa göndərirlər.
 
Ölkədə ən kefiyyətli su hesab edilən "Sirab”, "Badamlı”nın da Bakıda doldurulduğunu iddia edən ekspert Tərlan Məmmədov Naxçıvandan bu qədər suyun Bakıya çatdırılmasını mükünsüz sayır. Ekspert bunu belə izah edir:”Bütün böyük satış məntəqələrini təmin etmək üçün  "Sirab”, "Badamlı” şirkətlərinin gərək 10 min maşını olsun. Bu isə mümkünsüz bir şeydir. Elə "Slavyanka” suları da mənim fikrimcə Bakıda doldurulur. Bu suyun belə sürətlə Bakıya çatdırlması mümkündürmü?. Və yaxud "Dübrar” və "Dalğa” suları kefiyyətə cavab veririmi? "Dübrar” və "Dalğa” Bakıda doldurulur. Kim bu suların kefiyyətinə zəmanət verir? Əhali də ucuz olduğu uşun məhz bu sulardan istifadə edir”.
Su satışı ilə məşğul olan şirkətlər suyu bölgələrdən gətirildiyini iddia edir. Bu il iyulun 3-də  Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasında qəza baş verəndə bir çox şirkətlərin iç üzü açıldı. Qəza zamanı Bakı şəhərində işıq və suyun verilişində fasilə yarandı. Suyu bölgələrdən gətiririk deyən şirkətlər mağazalara su göndərə bilmədilər. Bunu texniki problem kimi qiymətləndirdilər. Amma problemin haradan qaynaqlandığı artıq bəlli idi.  Həmin gecə "Azərsu” ASC şəhərə suyun verilişin dayandırdı.
 
"Sirab”, "Badamlı”, "Slavyanka” kimi şirkətlər  həmin gecə Bakını təmin edə bilmədilər. 
 
Bu Azərbaycanda olan bəzi şirkətlərin öz maraqlarının dövlətin və vətəndaşın  maraqlarından daha üstün tutduğunu bir daha sübut etdi.
 
Seymur


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...