Keçəl kirpinin masajı interneti \"partlatdı\" - VİDEO

Keçəl kirpinin masajı interneti \

 

İnternetdə masaj olunan keçəl kirpi ilə bağlı video populyarlıq qazanır. 


İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumatına görə, hadisə Böyük Britaniyadakı baytarlıq mərkəzində qeydə alınıb. Heyvana oxlarını qaytarmaq məqsədilə masaj edilib.  

"The Sun” nəşri tərəfindən dərc olunan videoda baytarların qeyri-adi xəstə ilə necə rəftar etdikləri görünür. Onlar kirpinin bədənini ehmalca masaj edirlər ki, orada yenidən oxlar çıxsın. Mütəxəssislər əmindirlər ki, bu prosedurlardan sonra onun yenidən oxları çıxacaq. 

Kirpiyə Nelson adını veriblər. Çox güman ki, o, vəhşi təbiətdə keçirdiyi stress və zədədən sonra keçəl olub. Hazırda masaj hər hansı bir nəticə verməyib, ancaq bununla belə, baytarlar ümidlərini itirmirlər. Bundan öncə də onlar analoji simptomları olan kirpini xilas ediblər. 

Mütəxəssislər əmindirlər ki, masajdan sonra oxların çıxması üçün aloe vera qatını tətbiq etmək lazımdır.

 

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...