Kaxaber Sxadadze Azərbaycana qayıdır? – AÇIQLAMA

Kaxaber Sxadadze Azərbaycana qayıdır? – AÇIQLAMA
 

Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan klublarından birini çalışdıracağı ilə bağlı xəbərlər yayılıb.

Sfera.az  xəbər verir ki, hazırda "Ordabasi" (Qazaxıstan) klubunun baş məşqçisi olan gürcüstanlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycana qayıdacağı ilə bağlı iddiaları yalanlayıb. O, "Azərbaycandan hər  hansı bir komandaya rəhbərlik edə biləcəyiniz barədə xəbərlər həqiqəti əks etdirirmi" sualına  "Mən heç kimlə danışıq aparmıram" - deyə cavab verib.