Kamal Sunalın əsl ölüm səbəbi açıqlandı - Arvadından da gizlədibmiş

Kamal Sunalın əsl ölüm səbəbi açıqlandı - Arvadından da gizlədibmiş
Rejissor Ali Özgentürk son müsahibəsində aktyor Kamal Sunalın ölümü ilə bağlı maraqlı nüans açıqlayıb.
 
17 il əvvəl iyulun 3-də dünyasını dəyişən aktyorun ölüm səbəbi başqa imiş. Rejissor "Balalayka" filminin çəkilişləri üçün K.Sunalla birgə Batumiyə gedirmiş. İllər əvvəl heç vaxt təyyarəyə minməyən aktyorun həmin gün qorxudan ürəyinin partladığı iddia edilmişdi. Lakin həqiqət başqa cür imiş.
A.Özgentürk K.Sunalın oğlu Alinin də onlarla olduğunu bildirib:

"Təyyarədən qorxurdu. Mən dedim, maşınla gedək. Əvvəl razı oldu. Sonra "Çox yorularıq" dedi. Sürücü götürmək təklif edəndə isə "Başqasının sürdüyü avtomobildən qorxuram" deyərək etiraz etdi. Nəhayət "Sən təyyarədə yanımda otursan, gedərik" dedi. O biri yanında da oğlu Ali oturmuşdu. Dünyasını dəyişdiyi an bir yerdə idik, təyyarə heç qalxmamışdı.

Zarafatlar edirdik. Təyyarədəki monitorda da təhlükəsizlik tədbirləri haqqında danışılırdı. Təyyarə yavaşca irəliləməyə başlayanda söhbət kəsildi. Kemalın qorxduğuna dair heç bir şey yox idi. Onsuz da qorxmurdu. Birdə başı çiynimə düşdü. Ali də oturduğu yerdən qalxdı. Mən "Həkim yoxdur?" deyə qışqırdım. Sonra huşumu itirmişəm, heç nə xatırlamıram.

Sonradan öyrəndik ki, həyat yoldaşından da gizlətdiyi bir şey var imiş. Yay aylarında avtomobillə Almaniyaya gedərmiş. Heç kim bilməsin deyə alman bir həkimə hər il ürəyini müayinə etdirirmiş. Ürəyində problem varmış, amma nə olduğunu bilmədim".Axşam.az 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...