“İtkin düşmüş sonuncu neftçi tapılana qədər...”

“İtkin düşmüş sonuncu neftçi tapılana qədər...”

"Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib".

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq:

“Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm”.

O vurğulayıb ki, yanğının söndürülməsi ilə bağlı işlər davam edir:

“Yanğının söndürülməsi istiqamətində işlər bir an belə dayanmır. "Günəşli" yatağının yanğın baş verən 10-cu özülünə elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...