İtaliyalı iş adamlarına \"BTQ-dən yararlanın\" təklifi

İtaliyalı iş adamlarına \
 İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, bu gün Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda "ADY Konteyner”in direktoru Natiq Cəfərov forumda çıxış edərək ölkədə multimodal yükdaşımalar sahəsində həyata keçirilmiş infrastruktur və institusional inkişaf tədbirləri barədə məlumat verib. O, Azərbaycan-Avropa istiqamətində "Azərbaycan Dəmir Yolları”nın təqdim etdiyi son logistik məhsulları, İtaliya üçün daha çox maraq kəsb edən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İtaliyanın Triest və Bari limanlarından Türkiyənin əsasən Derince və Mersin limanlarına göndəriləcək yüklərin "Azərbaycan Dəmir Yolları”  tərəfindən Türkiyə-Gürcüstan-Azərbaycan ərazisi, buradan isə Orta Asiya istiqamətlərində daşınması üçün imkanların olduğu qeyd edilib. Daha sonra forum tərəflərin nümayəndələri arasında işgüzar görüşlərlə davam etdirilib.


OXŞAR XƏBƏRLƏR