\"İt hürər karvan keçər: Unutmasın, keçmişdə kim olub\" - Azərdən Vüsaləyə cavab

\
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, Əlizadənin bu sözləri qarşı tərəfi bərk qəzəbləndirib:

"Dostlar, deməli belə! Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə doludur o şəkildən. Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Nə isə, qısa yazacam. Çoxları yenə fırlatdı keçmiş həyatıma. İndi cavab verim! Yadınızda qalsın, keçmiş hər zaman keçmişdir. İnsan gərək unutmasın ki, keçmişdə kim və nə olub. Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır. Məni onsuz da hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter kişi xarakteridir. Nəyə görə bunu dedim - çünki, lazım olsa, çəkinmədən sözümü üzünə deyib rəzil edərəm həmin insanı, əgər günahı varsa. Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, sari tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram. Necə varam, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir. Öpürəm hər kəsi. O dünyada əridib yandıracaqlar. Bu dünyada kef başqadı. Yoza bilərsiz. Niyə görəsən insanlar bir-birilərinə qarşı kin bəsləyirlər?!" Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar?! Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o, bizim alın yazısı kimi yaşadıqlarımızdı. "İt hürər karvan keçər". Bir sözlə, Allah hər kəsə ürəyinə görə versin".

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...