İstanbulda izdihamlı mitinq keçirildi

İstanbulda izdihamlı mitinq keçirildi

Son aylar PKK Türkiyədə törətdiyi çoxsaylı insan tələfatı və maddi ziyanla nəticələnən fasiləsiz terror aktlarına etiraz olaraq sentyabrın 20-də İstanbulun Yenikapı meydanında izdihamlı mitinq keçirilib. 

Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.Türkiyənin dövlət rəhbərlərinin qatıldığı "Milyonlarca nəfəs, terrora qarşı tək səs!" devizi ilə keçirilən mitinqdə ölkənin görkəmli nümayəndələri, o cümlədən terror aktlarında şəhid olanların doğmaları və qazilər də olmaqla on minlərlə insan iştirak edib. 

"Şəhidlər ölməz, Vətən bölünməz!", "Türk və kürd qardaşdır, ayrılıq salan şərəfsiz!" kimi şüarlar səsləndirən mitinqçilər terrorçulara və onları dəstəkləyənlərə lənət yağıdırıblar.Mitinqdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu terrorçuluğun kökü kəsilənədək qətiyyətli mübarizə aparılacağını diqqətə çatdırıblar.

Aysel


OXŞAR XƏBƏRLƏR