İsraildə Azərbaycanın Turizm Nümayəndəliyi açıldı - FOTO

İsraildə Azərbaycanın Turizm Nümayəndəliyi açıldı - FOTO
Bu gün Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin açılışı olub.

Sfera.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, açılış Agentliyin sədri Fuad Nağıyevin iştirakı ilə baş tutub. O, turizm nümayəndəlliyinin iki ölkə arasında tərəfdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin genişlənməsinə önəmli töhfə verəcəyini qeyd edib. Sədr diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyi Azərbaycanda tarixi yəhudi irsinin qorunması və bu irsin turizm potensialının inkişafı üçün bir sıra işlər görür. Belə ki, Agentlik "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlayıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkəmizin şimal hissədində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atır.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib. 30 il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bu mühüm qərarı qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Y.Razvozov iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb. İsrailin turizm naziri qeyd edib ki, nümayəndəliklər yüksək texnologiya, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaq.


OXŞAR XƏBƏRLƏR