İspan futbolçu 3-cü mərtədən yıxıldı
İdman
12:00 / 02.04.2018
1786
İspaniyanın alt divizionunda çıxış edən "Albasete”nın yarımmüdafiəçisi Pelayo Novonun başına bədbəxt hadisə gəlib.
Sfera.az "Uesko” komandası ilə görüş öncəsi futbolçu mobil telefonla oteldə danışarkən ehtiyatsızlıq edib və pilləkəndən aşağı yuvarlanıb.
3-cü mərtəbədən otelin daxili həyətinə düşən futbolçu çoxsaylı sınıqlarla xəstəxanaya çatdırılıb.
Nova 6 saatlıq əməliyyat keçirib. Hazırda vəziyyəti stabildir.
Komandalar arasında oyun təxirə salınıb.