İsmayıllıda tarixi abidələrə baxış keçirilib

İsmayıllıda tarixi abidələrə baxış keçirilib
 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanmışdır. Müasir standartlara cavab verən yeni yolun çəkilişi burada olan tarixi abidələrin aşkarlanması və üzə çıxarılması, həmçinin həmən ərazilərə yerli və əcnəbi turistlərin cəlb edilməsinə şərait yaradacaqdır.

İcra hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər Sulut kəndində XIV-XVIII əsrlərə aid "Qırxotaq" və "Buzxana" tarixi abidələrilə tanış olublar. Rayon rəhbərliyi turizm potensialının araşdırılması və inkişaf etdirilməsilə bağlı aidiyyatı qurumlara tapşırıq və tövsiyələrini verib.

Xatırldaq ki, daha öncə həmən yolun çəkilişi zamanı Kürdüvan kəndində aşkarlanan tikili qalıqlarının Şirvanşahlar dövrünə aid olduğu ehtimal edilir. İcra hakimiyyətinin əmkdaşları və yerli nümayəndələr sözügedən ərazidə olmuş, tapıntılara baxış keçirmişlər.


OXŞAR XƏBƏRLƏR