İrəvanda keçmiş hərbçilər aksiya keçirir - VİDEO

İrəvanda keçmiş hərbçilər aksiya keçirir - VİDEO
Ermənistan ordusunun qaziləri və vətəndaşlar Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək olmaq məqsədilə Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.

Sfera.az  erməni KİV-nə istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürürlər.

"Biz Baş qərargahla yanaşı, onun rəisini də dəstəkləyirik. Hökumət artıq öz vəzifələrini yerinə yetirə bilmir. O öz gücünü və imkanlarını iqymətləndirməli və istefa verməlidir. Baş qərargah rəisinin istefası tələbi ordunun ləğvi cəhdidir”, - deyə ehtiyatda olan polkovnik Karen Sarkisyan deyib.

Onun sözlərinə görə, ordu heç bir halda siyasətə qarışmır və və bölgələrdə onlara qoşulmaq istəyən xeyli hərbçi var.

Ehtiyatda olan polkovnik-leytenant Karen Akopyan da Qasparyana dəstək olduğunu bildirib.

Onlar bir neçə saat sonra müxalifətin Baqramyan prospektində başlayacaq mitinqinə qoşulacaqlarını bəyan ediblər.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı siyasi rəhbərliyin dövləti təhlükəli bir həddə çatdırdığını bildirərək fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...