İrandan gələn yük qatarları dezinfeksiya edilir
Sfera.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır.
Səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin dezinfektorları İrandan ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.
Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının "qaynar xətt"i (012 499 61 11) fəaliyyət göstərir.