İran Prezidenti etirazçılara xəbərdarlıq edib

İran Prezidenti etirazçılara xəbərdarlıq edib
 

"Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür”.

Sfera.az bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, - deyə İran Prezidenti vurğulayıb.

 

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub. (APA)


OXŞAR XƏBƏRLƏR