İran generalı ABŞ-ı hədələdi:\"Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq\"

İran generalı ABŞ-ı hədələdi:\
İranın İnqilab Qvardiyasının komandiri bazar günü bildirib ki, ABŞ-ın körfəzdə hərbi mövcudluğunu genişləndirməsi bir zamanlar ciddi "təhlükə” kimi qəbul edilirdisə, hazırda bu, "hədəf” mahiyyəti daşıyır.

Qvardiyanın Aviasiya Diviziyasının komandiri Əmirəli Hacızadə təhlükənin indi fürsətə çevrildiyini bildirib.

"Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq,” – Hacızadə deyib.

İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın "Abraham Linkoln” aviadaşıyıcısı və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə yerləşdirilib.

Birləşmiş Ştatlar döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

Adlarının çəkilməsini istəməyən müdafiə rəsmiləri bildirir ki, bombardmançılar Qətərin Əl-Udeyd hava bazasına yerləşdirilib.

İran admiralı Hüseyn Xanzadi isə deyib ki, Amerika qüvvələri "regiondan çıxmalıdır”. O, ABŞ-ın İran körfəzindəki mövcudluğunun başa çatdığını bildirib.

İnqilab Qvardiyasının rəhbəri, general-mayor Hüseyn Səlami parlamentə bildirib ki, ABŞ regionda "psixoloji müharibə” başladıb.

İranın xarici işlər naziri Məhəmməd Cavd Zərif Twitter-də yazıb ki, Con Bolton Ağ Evdə milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl də İranla sazişdən çıxmaq tərəfdarı olub və indi Tehran a qarşı daha aqressiv mövqedən çıxış edir.

Zərif Boltonun 2017-ci ildə "İranla nüvə sazişindən necə çıxılmalı?” adlı məqaləsinin linkini də paylaşıb. "Amerikanın Səsi”

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...