İqtisadçı pensiyaların artacağı məbləği açıqladı: neçə manat olacaq?

İqtisadçı pensiyaların artacağı məbləği açıqladı: neçə manat olacaq?
"Pensiya artımı 4-6 manat intervalında dəyişəcək".

Sfera.az xəbər verir ki, bu sözləri iqtisdçı Qubad İbadoğlu yazıb.

Ekspert əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bugünki açıqlamasını şərh edib və pensiya artımı ilə bağlı proqnozunu açıqlayıb: 

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq. 

Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Yəni, ötən ilki pensiyası 180 manat olanlar üçün artım bu il 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım olacaq.

Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...