İqbal Ağazadə məhkəmədə ifadə verdi

İqbal Ağazadə məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə ittiham olunan Sərməs Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə zərərçəkmiş qismində İqbal Ağazadə ifadə verib. Zərərçəkmiş S.Tağıyev tərəfindən ona qarşı 165 min manatlıq dələduzluq edildiyini təsdiq edib. İfadəsində dəymiş ziyanın ödənildiyini, S.Tağıyevdən şikayətçi olmadığını və onu bağışladığını deyib.

Növbəti məhkəmə prosesi mayın 10-da keçiriləcək.

İstintaq yolu ilə müəyyən edilib ki, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, S.Tağıyev əvvələr də eyni maddə ilə mühakimə olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Tağıyev apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, azadlığa buraxılıb.

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR