İntihar edən şairin atası danışdı - VİDEO

İntihar edən şairin atası danışdı - VİDEO

İki gün əvvəl intihar edən gənc Məlik Cahangirovun atası oğlunun ölümündən danışıb.

Missiya.Az xəbər verir ki, "Space”-də yayımlanan "Hadisə harada - Tahirə orada” verlişinə açıqlama verən ata oğlunun hansı səbəbdən intihar etdiyini bilmədiklərini deyib. "Heç özüm də hansı səbəbdən intihar etdiyini bilmirəm. Onun sosila şəbəkədə yazdığı statusu biz hadisədən sonra görmüşük”.

Ata oğlunun sevgi üzündən intihar etdiyinə inanamadığını deyib: "Əgər sevdiyi olsayadı, biz bilərdik”.

Məlik Cahangirovun qohumları onun sakin və içinə qapalı bir gənc olduğunu deyiblər.

M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.



OXŞAR XƏBƏRLƏR