Texnologİya

İnternetdə ən çox hansı dillər istifadə olunur

İnternetdə ən çox hansı dillər istifadə olunur
Dünyadakı mövcud internet istifadəçilərinin 25,2%-i ingilis dilindən istifadə edir. 
Yeniavaz.com İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, dünyada 4 milyard 386 milyon 485,5 min nəfər internet istifadəçisi var və onların 1 milyard 105,9 milyonu və ya 25,2%-i ingilis dilindən istifadə edir.
İngilis dilindən sonra "virtual dünyada" ən çox çin dilindən istifadə olunur. İnternetdə bu dildən istifadə edənlərin sayı 863,2 milyona və ya ümumi istifadəçilərin 19,3%-nə bərabərdir.
Növbəti sırada ispan dili qərarlaşıb və bu dildən istifadə edənlərin sayı 344,4 milyon olub və ümumi istifadəçilərin 7,9%-ni təşkli edib.
İlk onluğa daxil olan dillər arasında ərəb (226,6 milyon və ya ümumi istifadəçilərin 5,2%-i), portuqal (171,6 milyon - 3,9%), indoneziya və malay (169,7 milyon - 3,9%), fransız (144,7 milyon - 3,3%), yapon (118,6 milyon - 2,7%), rus (109,5 milyon - 2,5%) və alman (92,3 milyon - 2,1%) dilləri yer alıb.
Ümumilikdə adlarını qeyd etdiyimiz 10 dildən istifadə edənlərin sayı 3 milyard 346,6 milyon olub. Digər dillərdən istifadə edənlərin sayı isə 1 milyard 39,8 milyona və ya ümumi istifadəçilərin 23,7%-nə bərabərdir.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031