İnsan orqanizmi koronavirusla necə MÜBARİZƏ APARIR?

İnsan orqanizmi koronavirusla necə MÜBARİZƏ APARIR?
 Avstraliya alimləri insanın immun sisteminin koronavirusa qarşı necə mübarizə apardığını dəqiq şəkildə aşkar ediblər. Tədqiqatların nəticələri göstərir ki, orqanizm virusa qarşı adi zökəmə olan müqavimətini göstərir.

Sfera.az xəbər verir ki, tədqiqatçıların fikrincə bu təcrübələr immun sistemimizin yeni bir infeksiyaya qarşı qurduğu mexanizmi təyin etməyə imkan verəcək.  Bu da öz növbəsində ölümcül COVID-19-a qarşı effektiv bir peyvənd hazırlamağa kömək edəcək.

Onların sözlərin görə, aparılan araşdırmalar artıq çox müsbət rəylər verir.

Avstraliya alimləri bildiriblər ki, yeni infeksiyaya qarşı mübarizədə orqanizmdə dörd növ immun hüceyrəsi iştirak edir.

Tədqiqatlar sağlam, koronavirusu yüngül keçirən bir qrup könüllülər üzərində aparılıb. Elm adamları xüsusilə 14 gündən sonra sağalmış Çinin Vuhan şəhərindən olan 47 yaşlı bir pasientdə xəstəliyin gedişatını müşahidə ediblər.

Professor Ketrin Kedrizskoyun sözlərinə görə, çinli qadın sağalmağa başlamadan 3 gün əvvəl, onun qanında xüsusi hüceyrələr tapılıb. Eyni hüceyrələrə adi zökəm xəstələrinin qanında da rast gəlinib.

İndi alimlərin qarşısında yeni bir vəzifə durur: Ən ağır hallarda xəstənin immun sisteminin virusun mənbəyinə daha az reaksiya verdiyini müəyyən etmək.
 
Elm adamlarının indiyə qədər virus qarşısında aciz qalmalarına baxmayaraq, avstraliyalı həkimlərin bu kəşfi infeksiyanın müalicəsini sürətləndirə bilər.

Qeyd edək ki, orqanizmin bu günə qədər virusa qarşı olan müqavimətinin necə çalışdığı məlum deyildi. (ölkə.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...