İngiltərədə SƏHİYYƏ SKANDALI: 135 qadın texniki səhv ucbatından öldü

İngiltərədə SƏHİYYƏ SKANDALI: 135 qadın texniki səhv ucbatından öldü
İngiltərə hökuməti texniki səhv ucbatından yoxlanışa çağrılmayan 100-dən artıq qadının döş xərçəngindən dünyasını dəyişdiyini açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin səhiyyə naziri Ceremi Hant parlamentindəki çıxışında bu problemə toxunub. 

O, kompüter sistemində yaranan bu texniki problemin ən azı 135 qadının ölümünə səbəb olduğunu bildirib. O qeyd edib ki, yaranan problem ən az 270 qadının dünyasını dəyişməsi ilə nəticələnə bilər. Hant 2009-cu ildən etibarən 68-71 yaşlı 450 min qadına görüş dəvəti göndərilmədiyini bildirib. Həmin qadınların bu yaxınlarda görüşə dəvət olunacağı gözlənilir.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR