Cəmİyyət

“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat

“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat
Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib. 

Deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: "Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarıının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Millət vəkili Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsini qaldırıb. O qeyd edib ki, bu gün məhkəmələrdə kreditlərlə bağlı 200 mindən artıq iş var: "Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”.  "Qafqazinfo”
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728