Çindən Türkiyəyə konteyner qatarları daha tez çatacaq - VİDEO

Çindən Türkiyəyə konteyner qatarları daha tez çatacaq - VİDEO
 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb 

"ADY Express"dən Sfera.az-a verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb. 

Belə ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından üç gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.

Müxtəlif yüklərin daşındığı qırx futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru "ADY Konteyner” şirkəti olan "Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Daha sonra  konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində  yola salınıb.

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 18 saata (normativ 24 saat), yəni 6 saat tez qət edib. Konteynerlərin Axalkalakidə aşırılmasına 11 saat (normativ 24 saat), Qarsda aşırılmasına isə 4 saat (normativ 24 saat) vaxt sərf edilib. Konteyner qatarı  Qarsdan  İstanbula 53 saata çatdırılıb. Bu isə normativdən 43 saat tez deməkdir.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...