İlon Maskdan XƏBƏRDARLIQ: \"Uçan avtomobillər bəşəriyyət üçün gilyotinə çevriləcək\"

İlon Maskdan XƏBƏRDARLIQ: \
"SapaceX” və "Tesla”nın sahibi İlon Mask uçan avtomobillərin bəşəriyyət üçün "gilyotin” ola biləcəyini deyib.

Sfera.az xəbər verir ki, "SpaceX”lə kosmosa səyahətlər təşkil etməyə çalışan, Hiperlup ilə kütləvi nəqliyyatda yeni səhifə açmağı planlaşdıran Mask uçan avtomobillər haqda şərhi ilə gündəmə gəlib.

"Katrilyonlarla ədəd uçan cihaz göy üzünü bağlayacaq və qeyri-ixtiyari olaraq kiminsə təmirsiz avtomobili məsum piyadanın üstünə gilyotin kimi düşəcək” – Mask belə deyib.

İlon Mask iştirak etdiyi tədbirlərdə süni intellektin bəşəriyyətin sonunu gətirə biləcəyi haqda xəbərdarlıqlar da edib.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR