Texnologİya

İlon Mask “Tesla”da vəzifəsindən məhrum oldu

İlon Mask “Tesla”da vəzifəsindən məhrum oldu
İlon Mask "Tesla” şirkətinin direktorlar şurası sədri vəzifəsini tərk edəcək.
 
İş adamı və ABŞ Qiymətli kağızlar üzrə komissiya onun fırıldaqçılıqda ittiham edilməsindən sonra belə bir razılıq əldə ediblər. Eyni zamanda Mask şirkətin baş direktoru kimi fəaliyyətini davam etdirəcək.

Mask direktorlar şurasının sədri vəzifəsini 45 gün ərzində tərk etməlidir. Razılığa əsasən, o, yaxın 3 ildə bu vəzifəyə qayıda bilməyəcək. Onu müstəqil menecer əvəzləyəcək.

Mask həmçinin 20 milyon dollar cərimə ödəyəcək. Eyni məbləğdə cəriməyə "Tesla” da məruz qalıb.

Qiymətli kağızlar üzrə komissiyanın Maska qarşı iş qaldırmasına səbəb onun "Twitter” hesabında yerləşdirdiyi məlumat olub. Belə ki, iş adamı şirkəti özəlləşdirmək və bütün səhmləri bazar qiymətindən daha yüksək - 420 dollara almaq niyyətində olduğunu bildirmişdi.

Lakin sonradan o, bu planlarından imtina etmişdir. Bu addım da ona qarşı səhmlərin qiymətinə təsir göstərmək məqsədi ilə fırıldaqçılıqda ittiham irəli sürülməsinə əsas vermişdi./Oxu.az

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031