İlk addım şotlandlardan – Britaniya parçalanır

İlk addım şotlandlardan – Britaniya parçalanır

"Bizim maraqlarımız Böyük Britaniya çərçivəsində qorunmasa, o halda Şotlandiya müstəqilliyə mümkün variantlardan biri kimi baxmaq hüququna malik olmalıdır”.

 

Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şotlandiyanın birinci naziri (baş nazir) Nikola  Stercet deyib.

 

Onun sözlərinə görə, ehtiyac olduğu halda Şotlandiya müstəqillik üçün referendumun keçirilməsinə təşəbbüs edəcək.

 

Birinci nazir daha əvvəl də bildirib ki, əgər Britaniya Avropa Birliyində çıxanda Şotlandiyanın mövqeyi qəbul edilməsə, 2017-ci ildə müstəqillik haqqında ikinci referendum keçirilə bilər.

 

Xatırladaq ki, Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ildə keçirilib. Əhalinin əksəriyyəti Böyük Britaniyanın tərkibində qalmaq üçün səs verib.  



OXŞAR XƏBƏRLƏR