​İlhamənin həbs etdirdiyi köməkçisindən YENİ XƏBƏR

​İlhamənin həbs etdirdiyi köməkçisindən YENİ XƏBƏR

Mərhum xalq artisti İlhamə Quliyevanın həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın işi ilə bağlı ekspertiza təyin olunub.

Sfera.az bildirir ki, bu barədə report-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin işi ilə bağlı xətşünaslıq ekspertizası təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR