İlham Əliyevlə Putin razılaşdı - YENİ QARABAĞ PLANI

İlham Əliyevlə Putin razılaşdı - YENİ QARABAĞ PLANI
 Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşündən sonra Dağlıq Qarabağda gərginlik artdı, daha sonra sakitlik atmosferi yarandı. Rusiyalı ekspert Mixael Belyayev hesab edir ki, Bakı və İrəvan öz mövqelərini gücləndirmək üçün diplomatik, siyasi-iqtisadi və hərbi resurslarını səfərbər edir.

Publika.az xəbər verir ki, Belyayev son günlər baş tutan bir sıra görüşlərə, diplomatik trafikə diqqət çəkib.

Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birlikdə Bakı-Tbilisi-Qars dəmiryolu xəttini açdı.

Ərdoğan noyabrın 2-də bildirdi ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə aparacaq. Türkiyə lideri hesab edir ki, "Putin məsələyə həqiqətən fokuslanacaqsa, onda problem asan həll ediləcək”. Bu fikir Ermənistanda qorxuya səbəb oldu. İrəvanda hesab edirlər ki, Bakı-Ankara-Moskva üçbucağı münaqişənin həlli prosesini qaytarmağa çalışacaq.

BTQ-nin təntənəli açılışından iki gün sonra Rusiya, Azərbaycan və İran prezidentləri Tehranda üçtərəfli sammit keçirtdilər. Bu sammit iqtisadi əhəmiyyətə malikdir, lakin Tehranda Putinlə görüşdən sonra Prezident İlham Əliyevin Rusiya ilə ikitərəfli əməkdaşlıq haqda dedikləri və iki ölkə arasında heç bir problemin olmadığını dilə gətirməsi Dağlıq Qarabağ münaqişəsi fonunda da diqqət çəkir. Yəni bu sözlər təkcə Rusiya ilə əməkdaşlığı özündə ehtiva etmir, həm də Qarabağ probleminin həli haqqında razılaşmaların olmasına işarədir.

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Moskvaya səfər edəcək. Maraqlıdır ki, həmin ərəfədə Moskvada Putin-Ərdoğan görüşü də keçiriləcək və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bu ehtimal etməyə əsas verir ki, Qarabağ məsələsində Türkiyə-Rusiya sazişi hazırlanır və Sarkisyan da bu sazişə əməl etməli olacaq.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...