İlham Əliyevin İran səfərinin vaxtı bəlli oldu

İlham Əliyevin İran səfərinin vaxtı bəlli oldu

Azərbaycan prezidenti İlham Əliyevin Tehrana nəzərdə tutulan rəsmi səfərinin vaxtı açıqlanıb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, səfər fevralın 23-də baş tutacaq. Bu haqda İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb.

"Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə çərşənbə axşamı gələcək”-nazir bildirib.

Vaezinin sözlərinə görə, səfər zamanı Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq.

Prezidentin Tehrana bu səfəri regionda yaranmış yeni geosiyasi şərtlər kontekstində kritik əhəmiyyət kəsb edir. Bu, İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Azərbaycanla İran arasında ilk yüksək səviyyəli danışıqlar olacaq.

Gözlənilir ki, sanksiyaların ləğvindən sonra yaranan imkanlardan istifadə edən iki qonşu ölkə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək yollarını müzakirə edəcəklər. Habelə İran qazının Gürcüstana nəqli planları barədə müzakirələr olacaq. Bu günlərdə İran Ermənistan üzərindən Gürcüstana ilkin olaraq 200 milyon kubmetr qaz nəql edilməsinə dair ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. Eyni zamanda gözlənilir ki, səfərdə dolayısı təsirləri getdikcə Azərbaycan üçün də özünü göstərən Suriya böhranı və digər regional mövzular müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...