İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - QALMAQAL

İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - QALMAQAL
Rusiya polisi  32 yaşlı Dərbənt şəhər sakini Beytulla Cavadovu saxlayıb. Buna səbəb həmin şəxsin məmur vəzifələrinin satışı ilə məşğul olması olub. 
 
Bu günə onun fəaliyyətindən xəsarət almış 10 nəfər barədə məlumat var.  Fırıldaqçı bu fəaliyyəti müqabilində 15 milyon  rubl pul əldə edib, bu barədə məlumatı "Arqumenti i fakti" qəzeti yayıb. 
 
Məmur "vəzifələri"nin satışı  işinə  Cavadov Dağıstan Milli İclasının  deputatı  Leyla Kərimovanın köməkçisi olandan sonra qurşanıb. Adamları öz imkanlarına inandırmaq üçün o, həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya prezidenti Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş. 

Təhsil nazirinin müavini  vəzifəsi üçün Cavadov 4 milyon rubl, rayon rəhbəri vəzifəsi üçün - 2-3 milyon rubl istəyibmiş . Baş nazir vəzifəsi isə 5 milyon rubl imiş. 


OXŞAR XƏBƏRLƏR