İlham Əliyev xalq artistini təltif etdi - Yubiley məktubu

İlham Əliyev xalq artistini təltif etdi -  Yubiley məktubu
Azərbaycan Prezidenti İlham Əliyev A.B. Səfərovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sfera.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Bundan başqa dövlət başçısı xalq artistinə yubileyi münasibətilə təbrik məktubu da ünvanlayıb. 

Həmin məktubun mətnini təqdim edirik:

“Hörmətli Afaq xanım!

Sizi – müasir Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəmizdə teatr və kino sənətinin inkişafında Sizin özünəməxsus xidmətləriniz vardır. Siz yaradıcılıq aləminə qədəm qoyduğunuz ilk vaxtlardan tanınıb sevilərək təkrarolunmaz ifa üslubuna malik sənətkar kimi tamaşaçıların hüsn-rəğbətini qazanmısınız. Qırx ildən artıq dövrü əhatə edən sənət fəaliyyətiniz ərzində ustalıqla yaratdığınız dolğun və rəngarəng surətlər həmişə öz incə yumoru və yüksək dramatizmi ilə seçilərək qəlblərə yol tapmışdır. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu obrazlar silsiləsi sənətin incəliklərinə necə dərindən bələd olduğunuzu nümayiş etdirir.

Milli teatrın zəngin ənənələrinə sadiq qalaraq uzunmüddətli səhnə həyatı verdiyiniz çoxsaylı rollarda ən maraqlı, komik məqamları məharətlə üzə çıxarmış və gülüşün böyük tərbiyəvi əhəmiyyət daşıdığını bir daha sübuta yetirmisiniz. Bədii filmlərdə canlandırdığınız obrazlar məhz istedadınızın gücü sayəsində Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş unudulmaz səhifələrindəndir.

Ölkəmizdə və onun hüdudlarından uzaqlarda qastrol səfərlərindəki çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmisiniz. İnanıram ki, yaradıcılığınızdan hələ neçə-neçə sənətkar bəhrələnəcək və mədəniyyətimizin daha da çiçəklənməsi naminə töhfələr verəcəkdir.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.

Dərin hörmətlə,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...